“İnter” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Feyenoord”a qalib gəlib – 2:0.
Futbolpress.az xəbər verir ki, “neradzurra”nın qollarını Markus Türam və Lautaro Martines vurub.
Martines “İnter”in tarixinə düşüb. O, Milan təmsilçisi ilə Çempionlar Liqasında ən çox qol vuran futbolçu olub. Onun aktivində 18 qol var.
Argentinalı hücumçu bu mövsüm 37 oyunda 17 qol vurub, 6 məhsuldar ötürmə edib.