AZ

"Bavariya"nın hücumçusu ardıcıl üçüncü mövsümdə 30-dan çox qol vurur

Almaniyanın "Bavariya" klubunun futbolçusu Harri Keyn ardıcıl üç mövsümdə 30-dan çox qol vurur.

"Report"un məlumatına görə, 31 yaşlı hücumçu son olaraq "Bayer 04"ə qalib gəldikləri (3:0) Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında dubla imza atıb.

Cari mövsüm 34 matçda meydanda olan ingiltərəli forvard qollarının sayını 31-ə çatdırıb. Keyn 2022/2023 mövsümündə İngiltərənin "Tottenhem" klubunda 49 qarşılaşmada 32, ötən mövsümdə isə 45 görüşdə 44 dəfə fərqlənib.

Qeyd edək ki, "Bavariya" ilə "Bayer 04" arasında cavab oyunu martın 11-də keçiriləcək.

Seçilən
7
1
report.az

2Mənbələr