UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə "Bayern Münhen"ə 0:3 hesabı ilə uduzan "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso məğlubiyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, ispan mütəxəssisin sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Meydanda çox şey bizim əleyhimizə oldu, amma bu, öz günahımızdır. Oyuna nəzarət edə bilmədik. Ciddi səhvlər buraxdıq. Əlbəttə, bu, çox qıcıqlandırır. Nəticəni həzm etmək üçün vaxta ehtiyacımız olacaq. Amma hələ hər şey bitməyib. Futbolda artıq inanılmaz şeylər baş verib. Gələn həftə nəyisə dəyişmək uğrunda mübarizə aparacağıq".
Xatırladaq ki, tərəflərin Leverkyzendə cavab dueli martın 11-də reallaşacaq.
Nihat