Gəncədə doğuş zamanı qadın ölüb.
"Unikal"ın məlumatına görə, hadisə Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində Abbas Səhhət adına xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Belə ki, şəhər sakini 1984-cü il təvəllüdlü Zülfiyyə Yusibova 31 həftəliklə xəstəxanaya müraciət edib. Nəticədə doğuş zamanı ana və bətnindəki uşaq ölüb.
Məlumata görə, bu, Z.Yusibovanın birinci hamiləliyi olub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov