Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsi start götürəək.

Offsideplus.az xəbər verir ki, bu yarışda Azərbaycan təmsilçisi olmasa da, ölkəmizin futbol həvəskarları turniri yaxından izləyirlər.

Çünki Avropa Liqaında Azərbaycanda böyük azarkeş kütləsi malik Türkiyənin "Fənərbağça" klubu mübarizəni davam etdirir. "Sarı-lacivərdlilər" kuboka yaxınlaşmaq üçün öncə "Reyncers" səddini keçməlidirlər. Bundan ötrü bugünkü ev qarşılaşmasında yaxşı nəticə əldə etmək vacibdir. 

Cütün favoriti məhz "Fənərbağça" sayılır. Üstəlik nəzərə almaq lazımdır ki, İstanbul klubu hazırda əla formadadır. Joze Mourinyonun yetirmələri bütün turnirləri nəzərə almaqla son 18 matçda məğlubiyyətin nə olduğunu bilmirlər. 

Avropa Liqası, 1/8 final, ilk oyunlar

19:45 "Fənərbaxça" (Türkiyə) - "Reyncers" (Şotlandiya).

19:45 "AZ Alkmaar" (Niderland) - "Tottenhem" (İngiltərə)

19:45 FCSB (Rumıniya) - "Lion" (Fransa)

19:45 "Real Sosyedad" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

00:00 "Viktoriya" (Pljen, Çexiya) - "Latsio"

00:00 "Roma" (İtaliya) - "Atletik" (İspaniya)

00:00 "Bodo/Qlimt" (Norveç) - "Olimpiakos" (Yunanıstan)

00:00 "Ayaks"ın (Niderland) - "Ayntraxt"