AZ

“Sabah”ın baş məşqçisi dünya ulduzları ilə oyuna dəvət olundu

“Sabah”ın baş məşqçisi Vasili Berezutski Moskva MOİK-inin UEFA Kubokunu qazanmasının 20-ci ildönümünə həsr olunan qala-oyuna dəvət alıb. Matc.az xəbər verir ki, tədbir matın 18-də təşkil olunacaq.

Moskvanın “VEB Arena” stadionunda baş tutacaq qarşılaşmada MOİK-in həmin vaxtkı heyəti ilə dünya ulduzları üz-üzə gələcək.

Berezutski ilə yanaşı, İqor Akinfeyev, Sergey İqnaşeviç, Aleksey Berezutski, Yuri Jirkov, Yevgeni Aldonin, Daniel Karvalyo, Vaqner Lav, Miloş Krasiç, Dmitri Kiriçenko, Rolan Qusev, İvitsa Oliç kimi sabiq oyunçular da həmin matça dəvətlidilər.

Moskva klubuna Valeri Qazzayev baş məşqçilik edəcək.

Seçilən
73
msport.az

1Mənbələr