AZ

FHN deputatın Qubadakı qanunsuz obyektinin tikintisi ilə bağlı araşdırmalara başladı – VİDEO

Quba şəhəri Nəriman Nərimanov küçəsi 75 ünvanında “Aqua Park” və onun ətrafında, həmin mərkəzin olduğu inzibati binanın yaxınlığında tikilən qanunsuz obyektlər ilə bağlı FHN-i araşdırmalara başlayıb.

Bu barədə hələlik hər hansı bir rəsmi açıqlama olmasada ,“7Times.az”-ın əldə etdiyi məlumata ötən gün FHN-nin müvafiq strukturlarının əməkdaşları sözügedən ərazidəki qanunsuz tikililərin aparıldığı məkana yenidən baxış keçirib.

Qeyd edək ki,“A Ənd J Holding “MMC tərəfindən inşa edilən həmin obyek barəsində FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 27 oktyabr 2023-cü il tarixli – 0970 və 30 yanvar 2025-ci il tarixli -0067 nömrəli qərarları mövcuddur.Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin bütün tikinti tələblərinin pozulduğu bu tikililər həm də ehtiyyat fondu təyinatlı torpaqlarda aparılır.Tikililər barədə müvafiq icra hakimiyyəti orqanlarının razılığı və icazəsi də alınmıyıb.

“A Ənd J Holding “MMC milli məclisin deputatı Əlibala Məhərrəmzadəyə məxsuzdur.O, sonuncu parlament seçkilərindən əvvəl həmin MMC-nin rəhbərliyini öz qardaşına həvalə edib.

Ruhiyyə Məlik

Seçilən
54
7times.az

1Mənbələr