AZ

Toyota” zavodunda partlayış – 1 ölü, iki yaralı

 Cümə axşamı Toyota Siti şəhərində Toyota avtomobil hissələri zavodunda partlayış baş verib.

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı  yerli CBC telekanalı yayıb.

CBC yerli rəsmilərə istinadən xəbər verir ki, Chuo Springin Fujioka zavodunda səhər saat 8 radələrində toz yığan maşın partlayıb. Hdisə yerinə yanğınsöndürmə dəstələri cəlb olunub. 

 “Japan Times” qəzetinin məlumatına görə, partlayıç yerinə 19 yanğınsöndürən maşın göndərilib və yanğının söndürülməsi işləri hələ də davam edir.

 Məlumata görə, hadisə nəticəsində bir nəfər həyatını  itirib, iki kişi işçi isə xəsarət alıb. 

Səlahiyyətlilər partlayışın səbəblərini araşdırır.

 

Elcan

Missiya.Az

Seçilən
16
missiya.az

1Mənbələr