“Bavariya” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Bayer”i 3:0 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, matçda Münhen təmsilçisinin hücumçusu Harri Keyn iki qol vuraraq komandasının qələbəsində mühüm rol oynayıb.

Bu mövsüm ingilis futbolçu artıq "Bavariya"nın heyətində 34 matçda 30 qol vurub. Bu isə o deməkdir ki, Keyn ilk dəfə 3 mövsüm ard-arda 30 qol vurmağı bacarır.

Xatırladaq ki, “Bavariya” cavab matçını martın 11-də Leverkuzendə “Bayer”lə keçirəcək. Görüş saat 23:00-da başlayır.