AZ

FHN: Bakıda evdə partlayış baş verib - VİDEO

FHN:

Bakının Sabunçu rayonunda yaşayış evində partlayış olub."Ulusum".az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 80kv.m. olan birmərtəbəli üçotaqlı fərdi yaşayış evində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.Partlayış dalğasının təsirindən evə ciddi ziyan dəyib, 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb.Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Diqqət Çəkənlər

Zaur Kərimli: Musiqi Yolu ilə Böyük Uğurlara Doğru

Türkiyə və Azərbaycan arasında təbii qaz sazişi təsdiqlənib

Dövlət Turizm Agentliyinin Aparat rəhbəri işdən çıxarılıb

Seçilən
12
ulusum.az

1Mənbələr