AZ

CEO-nun sözləri ilə əməlləri fərqlidirsə, imicə necə təsir edir?

CEO-lar tez-tez ictimai tədbirlərdə, konfranslarda çıxış edirlər. Lakin bu çıxışların reallıqla nə dərəcədə üst-üstə düşdüyü çox vacib bir məqamdır. Bəzən CEO-lar idealist və ya motivasiyaedici fikirlər səsləndirsələr də, şirkətin gündəlik fəaliyyəti bu sözləri əks etdirmir. Belə hallar isə əməkdaşlar arasında etimadsızlıq yaradır. 

Ümumiyyətlə, CEO-nun dediyi ilə edilənin üst-üstə düşməməsi şirkət üçün nə deməkdir?

Mövzu ilə bağlı Valyuta.az-a danışan “SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultativ Anar Bayramov bildirib ki, danışdıqları ilə əməllərinin üst-üstə düşməməsi ilk növbədə CEO-nun öz nüfuzuna ciddi zərbə vurur: “Bir rəhbərin dediklərinin əksinə olaraq hərəkət etməsi onun əməkdaşlar, tərəfdaşlar və hətta müştərilər arasında hörmətini itirməsinə səbəb olur. Əməkdaşlar liderlikdən söz və əməldə uyğunluq gözləyirlər. Əgər CEO səsləndirdiyi məqsədləri və ya strategiyaları həyata keçirmirsə, bu, o rəhbərin etibarlılığına kölgə salır. Belə hallar dəfələrlə təkrarlandıqda, hətta ən sadiq işçilər belə onun sözlərinə şübhə etməyə başlayırlar.

A.Bayramov vurğulayıb ki, bu təkcə CEO-lara aid bir məsələ deyil: “Hər bir insan üçün onun sözləri və davranışları arasındakı uyğunluq şəxsiyyətinin və etibarının əsas ölçü meyarlarından biridir. İnsanların bir-biri ilə qarşılıqlı münasibətində bu prinsiplərin pozulması onlara qarşı münasibəti dəyişdirir”.

Maya Hüseynova

Seçilən
59
valyuta.az

1Mənbələr