AZ

10 günlüyə sıradan çıxdı

Fransisko Konseysao bir müddət futbol meydanından kənarda qalacaq.

“Yuventus”un yarımmüdafiəçisi zədələnib. Turin klubunun mətbuat xidmətinin məlumatına görə, 22 yaşlı portuqaliyalı sağ budunun əzələsindən zədə alıb. O, təxminən 10 gün komandasına kömək edə bilməyəcək. Beləliklə, Fransisko A seriyasında “Atalanta” və “Fiorentina” ilə növbəti oyunları buraxacaq.

Fransisko “Yuventus”da bu mövsümdən çıxış edir. O, bütün turnirlərdə ağ-qara formada 29 matça çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

Seçilən
21
football-plus.az

1Mənbələr