ABŞ Prezidenti Donald Tramp HƏMAS-a əlində olan bütün girovları buraxmağı tələb edərək, onu hədələyib.
Missiya.Az "TRTHABER"ə istinadən xəbər verir ki, Tramp bu haqda öz “Truth” hesabında paylaşım edib.
ABŞ lideri HƏMAS-la bağlı "Bütün girovları indi buraxın, gec deyil. Yoxsa sizin üçün iş bitdi. Mən İsrailə işi bitirmək üçün lazım olan hər şeyi göndərirəm. Əgər dediklərimi etməsəniz, HƏMAS-ın bir üzvü də təhlükəsiz olmayacaq",-deyə qeyd edib.
Tramp onu da bildirib ki, "Bu, sizə son xəbərdarlığımdır. Hələ şansınız varkən Qəzzanı tərk etməyin vaxtıdır".
Nurlana ƏhmədovaMissiya.AZ