AZ

Aİ Türkiyənin Rəyi ilə Maraqlanır: Zirvə Sonrası Videokonfrans Planı

BAKI,TurkicWorld

Bu gün Brüsseldə Ukrayna və Avropanın təhlükəsizliyi ilə bağlı keçiriləcək Aİ zirvəsindən sonra təşkilatın ali rəhbərliyindən üç şəxs sabah Türkiyənin də daxil olduğu dörd ölkəni videokonfrans vasitəsilə məlumatlandıracaq və onların fikrini alacaq.

TurkicWorld xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Ukraynadakı müharibə və Avropanın təhlükəsizliyinə yanaşmasında ölkəsinin ənənəvi mövqeyindən kəskin şəkildə uzaqlaşması Avropa İttifaqını ciddi şəkildə narahat edib.

Təhlükəsizlik sahəsində daha müstəqil və güclü mövqe tutmağı hədəfləyən Aİ, həm Ukrayna, həm də müdafiə məsələlərində Türkiyəni getdikcə daha çox nəzərə alan bir yanaşma formalaşdırmağa başlayıb. Bu çərçivədə daha əvvəl nadir hallarda rast gəlinən bir addım atılaraq, Aİ-nin ali rəhbərliyi bu gün keçiriləcək zirvədən sonra Türkiyənin də daxil olduğu dörd ölkəni məluuirmatlandıracaq və onların fikirlərini öyrənəcək.

Bu gün Brüsseldə xüsusi Aİ zirvəsində bir araya gələcək İttifaq liderləri həm Ukrayna ilə bağlı gələcək mövqeni müəyyənləşdirməyə, həm də Avropa müdafiəsində yeni bir mərhələyə keçməyə çalışacaqlar. Sabah isə Aİ Şurasının sədri Antonio Kosta, Aİ Komissiyasının sədri Ursula von der Leyen və Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaja Kallas, “Aİ xarici tərəfdaşları” statusunda Türkiyə, Böyük Britaniya, İslandiya və Norveçi yüksək səviyyədə məlumatlandıracaqlar.

Aİ liderlərini bir araya gətirəcək zirvə, Avropa təhlükəsizlik arxitekturasının əvvəlki kimi işləməsinin artıq çətinləşdiyi bir dövrdə keçirilir. Liderlər ilk növbədə dəyişən vəziyyətə necə uyğunlaşmağın yollarını müzakirə edəcəklər. Ümumi rəy budur ki, müdafiə və suverenlik sahələrində artıq sözlərdən əməli addımlara keçməyin və mümkün qədər müstəqil olmağın zamanı gəlib. Aİ, Ukraynaya müntəzəm və proqnozlaşdırıla bilən maliyyə dəstəyi verməyə davam edəcəyini vurğulayacaq.

Seçilən
17
turkic.world

1Mənbələr