AZ

NATO ölkələri bir-birləri ilə kəşfiyyat məlumatlarını bölüşməkdən çəkinirlər

NATO ölkələri kəşfiyyat məlumatlarını paylaşarkən bir-birlərinə daha azetibar etməyə başlayıblar...

Rusiya ilə ABŞ arasında münasibətlər normallaşdıqca NATO kəşfiyyat məlumatlarının mübadiləsi baxımından bir-birinə daha az etibar edir.

Poliqon xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzeti yazır.

“Hərbi alyansın üzvləri artıq məxfi məlumatlarla bir-birlərinə etibar etməkdə problem yaşayırlar. Vəziyyət günü gündən daha da pisləşir”, deyə nəşr qeyd edir.

Nəşr yazır ki, Şimali Atlantika Alyansı çərçivəsində məxfi kəşfiyyat məlumatlarının mübadiləsi uzun müddətdir ki, blokun Mərkəzi və Şərqi Avropa dövlətlərinə inamsızlığı səbəbindən çətinləşib. Bu inamsızlıq Macarıstan və Slovakiyanın tutduğu Rusiyayönlü mövqe səbəbindən Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra daha da artıb.

Poliqon.info

Seçilən
14
2
poliqon.info

3Mənbələr