AZ

“Ukraynadakı münaqişə ABŞ və Rusiya arasında proksi müharibədir” - Rubio

“Ukraynadakı münaqişə ABŞ və Rusiya arasında proksi müharibədir”.

Missiya.Az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox News” kanalına müsahibəsində deyib.

“ABŞ Prezidenti Donald Tramp hesab edir ki, bu, dalana dirənmiş və uzanan münaqişədir. Düzünü desəm, bu, nüvə gücləri arasında proksi müharibədir və buna son qoyulmalıdır", - deyə siyasətçi vurğulayıb.

Rubio qeyd edib ki, həm Kiyev, həm Amerika Konqresi, həm də digər ölkələr əvvəllər inanırdılar ki, sadəcə olaraq Ukraynaya ehtiyac duyduqları hər şeyi vermək kifayətdir. Ancaq bu, düzgün strategiya deyil.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
55
2
missiya.az

4Mənbələr