AZ

Trampın yaxın ətrafı Ukrayna müxalifəti ilə gizli müzakirələr aparıb

ABŞ prezidenti Donald Trampın yaxın çevrəsindən olan 4 nəfər seçkilərlə bağlı Ukrayna müxalifəti ilə gizli görüşlər keçirib...

Poliqon xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr yazır ki, danışıqlar “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko və Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun “Avropa Həmrəyliyi” partiyasının nüfuzlu üzvləri ilə aparılıb.

Mənbələr bildiriblər ki, tərəflər hərtərəfli sülh danışıqlarına başlamazdan əvvəl seçkilərin keçirilməsi imkanlarını müzakirə ediblər. Politico qeyd edir ki, Trampın ətrafı Ukraynanın hazırkı prezidenti Vladimir Zelenski hərbi əməliyyatların uzanmasına və eləcə də ölkədəki korrupsiyaya görə seçicilərdən dəstək almayacağını hesab edir.

Poliqon.info

Seçilən
29
poliqon.info

1Mənbələr