AZ

"Komedixana"nın aktrisasının evindən maraqlı görüntü: "Qırğındır" - VİDEO

Müğənni, “Komedixana”nın aktyoru Elgün Hüseynov həmkarı Zarina Qurbanova ilə bağlı paylaşım edib.

Ölkə.Az xəbər verir ki, E.Hüseynov “Komedixana”nın digər aktyorları ilə birlikdə Zarina Qurbanovanın evinə qonaq gedib.

E.Hüseynovun paylaşdığı videoda aktyorların ucadan danışması öz əksini tapıb.

“Dava deyil, sadəcə Zarinagilə gəlmişik. Stol açmaq üstündə qırğındır" , - deyə o əlavə edib.

Görüntülərdə Ramin Hacıyev, İlkin Misgərli, Mənsur Şərif, Gülzar Əşrəfova və digərləri yer alıb. 

Qeyd edək ki, ötən gün Yasamal Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən "Sosial Adaptasiyanın İnkişafına Yardım" İctimai Birliyinin sədri Şahid Qurbanova hökm oxunub. Z.Qurbanovanın atası Şahid Qurbanova 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Billurə

Seçilən
13
2
olke.az

3Mənbələr