AZ

“Kalaşnikov” istehsalat qüsurlarının monitorinqi üçün yeni sistem təqdim edib

“Kalaşnikov” Konserni özünün patentləşdirilmiş OWL SCADA İT platforması əsasında keyfiyyətə nəzarət departamentinin yoxlama məntəqələrinə məhsulun təqdimatının onlayn monitorinqi sistemini işləyib hazırlayıb və tətbiq edib.

Herbiand.az bu barədə Konsernin mətbuat xidmətinə istinadən bildirir.

Məlumata görə, OWL SCADA texnoloji avadanlıqların iş parametrlərinin ətraflı onlayn monitorinqi üçün platformadır. Onun əsasında müəssisənin baş mühəndis şöbəsinin sənaye elektronikası şöbəsinin mütəxəssisləri istehsalatda qüsurların monitorinqi üçün ixtisaslaşdırılmış sistem yaradıblar. Bu da nəzarət ölçüləri üçün hissələrin və montaj aqreqatlarının təqdim edilməsi prosesini real vaxt rejimində izləməyə və sonradan keyfiyyətə nəzarət şöbəsinə çatdırılmağa imkan verir.

Qeyd edilib ki, bu informasiya sistemi artıq yüksək dəqiqlikli silahların istehsalında istifadə olunur, atıcı silahların istehsalında tətbiq edilir. Bu sistemin “Kalaşnikov” konserninin digər əsas istehsalat obyektlərində də işə salınması planlaşdırılır.

Sistem istənilən vaxt yoxlamaya təqdim edilən məhsulların tam həcmini görmək və nəticələri izləmək imkanı verir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
15
herbiand.az

1Mənbələr