AZ

Şəhidimiz mayor Taleh Kərimovun doğum günüdüərinr

Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Taleh Adil oğlu Kərimov 1985-ci il martın 6-da Sumqayıt şəhərində anadan olub.

QHT.az xəbər verir ki, o 2003-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Kəşfiyyatçı" ixtisası üzrə hərbi təhsil alıb. 2007-ci ilin iyun ayından 2008-ci ilin iyun ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində "Zabit" ixtisası üzrə təlimlərdə iştirak edən Taleh Kərimov 2008-ci ildən Azərbaycan Ordusunda xidmət etməyə başlayıb. O, 44 günlük Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 30-da Qubadlı istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Taleh Kərimov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və "Qarabağ" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Seçilən
33
qht.az

1Mənbələr