AZ

“Lion”un baş məşqçisinə 9 aylıq cəza verildi

“Lion”un baş məşqçisi Paulo Fonseka Fransa Peşəkar Liqası tərəfindən 9 ay müddətinə diskvalifikasiya olunub.

Msport.az xəbər verir ki, o, Fransa çempionatında “Brest”lə oyunun sonunda baş hakim Benua Miyonun üzünə qışqırdığı üçün vəzifəsinin icrasından uzaqlaşdırılıb.

Portuqaliyalı mütəxəssisə sentyabrın 15-dək oyundan əvvəl, oyun zamanı və oyundan sonra ehtiyat oyunçular skamyasında, hakimlərin paltardəyişmə otağında, meydanda, tuneldə və bu ərazilərə gedən dəhlizlərdə olmaq, bütün rəsmi vəzifələrini yerinə yetirmək qadağandır.

Sentyabrdan noyabrın sonunadək isə oyundan əvvəl, oyun zamanı və oyundan sonra ehtiyat oyunçular skamyasında və hakimlərin paltardəyişmə otağında olmaq, habelə rəsmi vəzifələri yerinə yetirməyə icazə verilməyəcək.

Qeyd edək ki, Fonseka bu ilin əvvəlindən “Lion”u çalışdırır.

Seçilən
57
2
msport.az

3Mənbələr