AZ

"Liverpul" cari mövsüm dörd aparıcı liqanın çempionunu qol buraxmadan məğlub edib

İngiltərənin "Liverpul" klubu cari mövsüm Avropanın dörd aparıcı liqasının çempionunu qol buraxmadan məğlub edib.

"Report" xəbər verir ki, komanda son olaraq Fransada UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin ilk oyununda PSJ-yə qalib gəlib - 1:0.

Arne Slotun baş məşqçisi olduğu kollektiv Premyer Liqanın son çempionu "Mançester Siti"ni hər iki görüşdə 2:0 hesabı ilə üstələyib.

"Qırmızılar" ÇL-in Liqa mərhələsində İspaniya La Liqasının qalibi "Real"ı (2:0) və Almaniya Bundesliqasının çempionu "Bayer 04"ü (4:0) də məyus edib.

Qeyd edək ki, "Liverpul" və PSJ arasında cavab oyunu martın 11-də gerçəkləşəcək.

Seçilən
6
1
report.az

2Mənbələr