Gəncədə 41 yaşlı qadın doğuş zamanı ölüb.
“Qafqazinfo”nun məlumatına görə, şəhər sakini 1984-cü il təvəllüdlü Z.Yusifova hamiləliyinin 30-cu həftəsində Gəncə şəhərində yerləşən xəstəxanaların birində doğuş zamanı keçinib.
Həmçinin ana bətnində olan uşaq da ölüb.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev