AZ

Qazaxıstanda bir evdə 800 adam qeydiyyata alınıb

Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan baş nazirinin müavini və milli iqtisadiyyat naziri Serik Cumanqarin tək mənzildə kirayəçilərin qeydiyyatına məhdudiyyət qoyula biləcəyini açıqlayıb. Parlamentin Baş Assambleyasında çıxış edən Cumanqarin çıxışında əhalinin hazırda böyük şəhərlərdə yaşamağa meylli olduğunu və bu vəziyyətin “rezin mənzil” adlanan problem yaratdığını qeyd edib.

Hafta.az-ın yazdığına görə, mövzu ilə bağlı danışan Cumanqarin, "Təcrübədən göründüyü kimi, ev sahibləri tez-tez immiqrasiya qanunvericiliyinin pozulmasına yol verirlər və müəyyən ödəniş müqabilində yaşayış yeri olmayan vətəndaşları qeydiyyata alırlar" deyib. Sözügedən problemin həlli üçün hüquqi dəyişikliklər təklif edilib.

Çıxışında müəyyən edilən rəqəmləri açıqlayan Cumanqarin “Mənzillərin birində qeydiyyatda olan 800-dən çox kirayəçi var idi. Vəziyyət çox ciddidir. 924 belə hal aşkar edilib” deyib.

Bir vətəndaşa düşən kvadratmetrin ölçüsü müəyyən edilərək tənzimləmə aparılacağını və paytaxt ərazisində müəyyənləşdirilmiş normadan artıq qeydiyyata qadağa qoyulacağını deyən Baş nazirin müavini, ev sahibinin həyat yoldaşını və yaxın qohumlarını qeydiyyata alması zamanı qeydiyyat normalarının tətbiq edilməyəcəyini də vurğulayıb.

Digər tərəfdən, qanunu tərtib edənlər mənzildə faktiki yaşamayan insanları qeydiyyata alan mənzil sahiblərinin məsuliyyətinin artırılmasını təklif ediblər. Eyni vəziyyətin vaxtında tədbir görməyən, insanların qeydiyyatını silməyənlərə də şamil ediləcəyi bildirilib. Səlahiyyətlilər sənədlərdə göstərilən ünvanda yaşamayan vətəndaşların qeydiyyata alınmasına görə də inzibati məsuliyyəti artırmaq istəyirlər.

Müvafiq qanunvericilik dəyişiklikləri deputatlar tərəfindən dəyərləndirilir.

Seçilən
31
hafta.az

1Mənbələr