“Bayer”in baş məşqçisi Xabi Alonso Çempionlar Liqasında “Bavariya”ya uduzduqları görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:3 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Oyunu təhlil etməliyik. Düzdür, fərq böyükdür, amma hələ heç nə bitməyib. İlk oyunda hər şey əleyhimizə oldu. Bu, öz günahımızdır. Vəziyyətə nəzarət edə bilmədik və ciddi səhvlərimiz oldu”.
Komandalar arasındakı cavab görüşü martın 11-də olacaq.