AZ

Yaponiyanın şimal-şərqində güclü meşə yanğını yağıntılara baxmayaraq davam edir

Bakı, 6 mart, AZƏRTAC

Yaponiyanın şimal-şərqində güclü meşə yanğını yağıntılara baxmayaraq, təxminən 3 min hektar ərazini yandıraraq yayılmağa davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Kyodo agentliyi məlumat yayıb. Bildirilib ki, İvate prefekturasının Ofunato şəhərində baş verən meşə yanğını şəhərin ümumi ərazisinin 9 faizini yandırıb.

Yerli meteoroloji büro yağıntı və küləyin yanğınsöndürmə işlərinə mane olduğunu söyləyib.

Ofunato bələdiyyə hökuməti 1900-ə yaxın evdən olan 4500-dən çox sakinin təxliyəsi barədə göstəriş verdiyini bildirib.

Seçilən
16
1
azertag.az

2Mənbələr