Moskvada şahmat üzrə “Aeroflot Open” beynəlxalq turniri başa çatır.
İdman.biz xəbər verir ki, bu gün sonuncu turun görüşləri keçiriləcək.
Səkkizinci turda isə azərbaycanlı qrossmeyster Aydın Süleymanlı tatarıstanlı Ramil Faizrəhmanovla heç-heçə edib. Hesabında 4,5 xal olan təmsilçimiz 49-cu yerdədir.
Digər şahmatçımız Rəvan Əliyev də Boris Savçenko (Rusiya) ilə heç-heçə oynayıb. Onun 3,5 xalı və 79-cu yeri var.
Son tur ərəfəsində dünya tacı uğrunda qarşılaşmaların ikiqat iştirakçısı Yan Nepomnyaçi 6,5 xalla təkbaşına liderdir.
İdman.biz