AZ

Azərbaycanda təşkil olunacaq dünya çempionatının püşkatma mərasimi keçiriləcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçiriləcək.
Oxu.Az xəbər verir ki, mərasim martın 11-də baş tutacaq.
Bakıda təşkil olunacaq tədbirdən əvvəl 32 komanda dörd səbətə bölünüb.
Mundialın əsas favoritlərindən sayılan Azərbaycan millisi birinci səbətdə yer alıb:
1-ci səbət: Rumıniya, Qazaxıstan, Serbiya, Macarıstan, Meksika, Çexiya, Slovakiya, Azərbaycan;
2-ci səbət: Bolqarıstan, Monteneqro, ABŞ, Fransa, Ukrayna, Gürcüstan, Mavritaniya, Qana;
3-cü səbət: İngiltərə, Portuqaliya, Bosniya və Herseqovina, Tailand, BƏƏ, Çad, İspaniya, Sloveniya;
4-cü səbət: Polşa, Hindistan, Türkiyə, Kosta-Rika, İsrail, Bəhreyn, Özbəkistan, Argentina.
Qeyd edək ki, püşkatma mərasiminin məkanı və başlama saatı hələ dəqiqləşməyib.
Seçilən
18
oxu.az

1Mənbələr