AZ

Aİ Ukrayna sammitində Macarıstanın etirazlarından yan keçməyin yollarını axtarır

Aİ martın 6-da Ukraynadakı son hadisələrə və Avropanın müdafiəsinin gücləndirilməsinə həsr olunacaq sammitdə Macarıstanın etirazlarından yan keçmək üçün artıq addımlar atır.

Herrbiand.az xəbər verir ki, bu barədə “Bloomberg” rəsmi mənbələrinə istinadən məlumat yayıb.

Macarıstanın baş naziri Viktor Orban xəbərdarlıq edib ki, o, bu görüşdə Rusiyaya qarşı hər hansı qərarın qəbul edilməsinin qarşısını almaq niyyətindədir.

Avropa bürokratlarından birinin sözlərinə görə, ən böyük problem Macarıstanın etirazlarını aradan qaldırmağın bir yolunu tapmaq olacaq. Avropa Şurasının sədri Antonio Kosta sammit zamanı Orbanla konsensus tapmağa çalışacaq, lakin bu uğursuz olarsa etirazların necə aradan qaldıracağına diqqət yetiriləcək.

Agentliyin yazdığı kimi, Aİ rəsmiləri artıq Macarıstanın baş nazirinin dəfələrlə əleyhinə çıxış etdiyi anti-Rusiya sanksiyalarının saxlanması yollarını müzakirə edirlər. O cümlədən, səsvermə zamanı səs çoxluğunu tələb edən tədbirlər nəzərdən keçirilir. Agentlik xatırladır ki, bununla belə, bu, asan olmayacaq, çünki mövcud Avropa qanunvericiliyi yekdilliklə qərar qəbul etmə prinsipinə əsaslanır.

Seçilən
80
1
herbiand.az

2Mənbələr