AZ

Sosial Xidmətlər Agentliyi “Asiya Mükafatı” beynəlxalq qiymətləndirmə müsabiqəsində 2 mükafata layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Asiya-Sakit Okean regionu üzrə keçirilən nüfuzlu “Asiya Mükafatı” beynəlxalq qiymətləndirmə müsabiqəsində iki mükafata layiq görülüb. 

 

Agentlik sosial xidmət sahəsində verdiyi töhfələrə görə “Asiyanın Seçilən Sosial Xidmət Agentliyi Mükafatı” və uşaqların gələcəyinin inkişaf etdirilməsinə yönəlmiş layihələrinə görə “Asiya Uşaq İnkişafı Mükəmməlliyi Mükafatı” ilə təltif edilib.

 

Müsabiqə Asiya regionunda fəaliyyət göstərən təşkilatların və fiziki şəxslərin uğurlarını nümayiş etdirərək, onların dünya səviyyəsində tanıdılması məqsədi daşıyıb. 

Seçilən
9
3
qht.az

4Mənbələr