AZ

Azərbaycan tolerantlığın bərqərar olduğu ölkədir- ÖZƏL

"Ümummilli Lider Heydər Əliyev azərbaycançılıq ideologiyasının müəllifidir". Olaylar" xəbər verir ki, bunu YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə deyib: "Ulu Öndər hələ sovet dövründə Azərbaycana rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışıb. Ümummilli Liderimiz 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu ideologiyanı daha da gücləndirdi".
A.Rəhimzadə deyib ki, Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, tolerantlığın bərqərar olduğu ölkədir: "Burada hər bir xalqın nümayəndəsinə bərabər münasibət göstərilir. Ona görə də Azərbaycan vətəndaşları azərbaycançılıq ideyası ətrafında birləşib. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası ictimai-siyasi proseslərə, xüsusilə dövlət quruculuğuna da öz müsbət təsirini göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
87
olaylar.az

1Mənbələr