AZ

Neftimiz bu gün də ucuzlaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb.

Gundem.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,95 ABŞ dolları və ya 2,66% azalaraq 71,4 ABŞ dollarına enib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 73,35 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15.81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149.66 ABŞ dolları qeydə alınıb.

Seçilən
166
49
gundem.az

10Mənbələr