AZ

Ədviyyatları nə qədər və necə saxlamalıyıq?

Ədviyyatları nə qədər və necə saxlamalıyıq?

Ədviyyatlar hava keçirməyən qablarda sərin, quru və qaranlıq yerdə saxlanmalıdır. Rütubət, istilik və günəş işığı ədviyyatların dadına və saxlama müddətinə mənfi təsir göstərə bilər. 

 

Qlobal.net bildirir ki, ədviyyatlar daha tez köhnəldiyi üçün onları toxum şəklində almaq və mümkünsə təzə üyütmək daha yaxşıdır.

 

Qaranlıq və Sərin Mühit: Ədviyyatlar işıqdan, istilikdən və nəmdən uzaq saxlanılmalıdır. Günəş işığı və istilik ədviyyatların rəngini və dadını korlayır.

 

Nəmdən qoruyun: quru yerdə, buxarın əli çatmayan yerdə saxlanmalıdır. Mətbəxdə soba və ya qabyuyan maşına yaxın yerlər uyğun deyil.

 

Hava keçirməyən qablar: Ədviyyatları hava keçirməyən şüşə qablarda, keramika və ya metal qablarda saxlamaq daha yaxşıdır. Plastik qablar qoxunu udmaq və ədviyyatların dadını dəyişə bilər.

 

Mətbəx rəfləri: Quru və sərin rəflər ideal yerlərdir.

 

Ədviyyat rəfləri: Açıq rəflərdə saxlayırsınızsa, işıq keçirməyən tünd rəngli qablara üstünlük verilməlidir.

 

Soyuducu: Qırmızı bibər və çili bibəri kimi yağ tərkibi yüksək olan ədviyyatlar soyuducuda saxlanıla bilər.

 

Toxum şəklində ədviyyatlar (Zirə, Xardal, Keşniş və s.): 2-4 il qala bilər.

 

Üyüdülmüş Ədviyyatlar (Qara Bibər, Darçın, Zəncəfil və s.): 1-2 il ərzində istehlak edilməlidir.

 

Yaşıl ədviyyatlar (Kəklikotu, Nanə, Cəfəri və s.): 6 ay - 1 il ərzində istehlak edilməlidir.

 

Səbinə

Qlobal.net

 

Seçilən
16
qlobal.net

1Mənbələr