AZ

Lənkəranda yanğın zamanı ata və oğlu xəsarət alıb - YENİLƏNİB

Martın 6-sı saat 02:10 radələrində Lənkəran rayonu Girdəni kəndində fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində 2 nəfər (kişi cinsli) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onlara bədənin aşağı və yuxarı ətraflarının, üzün, belin I və II dərəcəli yanığı, sol əlin 1-ci dərəcəli yanığı diaqnozları qoyulub. Zərərçəkənlərə zəruri ilkin tibbi yardım göstərilib.

"Xəsarət alanlardan biri vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Digər şəxsin vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb", - məlumatda qeyd olunub.

***

03:27

Lənkəranda ata və oğulun xəsarət alması ilə nəticələnən yanğın baş verib.

APA-nın verdiyi məlumata görə yanğın hadisəsi gecə saatlarında Lənkəran rayonunun Girdəni kəndində fərdi yaşayış evlərinin birində baş verib.

Yanğın 1961-ci il təvəllüdlü kənd sakini Zakir Murtuza oğlu Əliyevə məxsus birmərtəbəli yaşayış evinin zirzəmisində qeydə alınıb.

Yanğın zamanı ev sahibi Zakir Əliyev və oğlu, Murad Əliyev xəsarət alıb. Xəsarət alan 64 yaşlı Z. Əliyevin vəziyyəti ağır olduğu üçün o, reanimasiya şöbəsinə yerləşdirilib.

Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən alovun evə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Lənkəranda Lənkəranda Lənkəranda Lənkəranda
Seçilən
25
1
apa.az

10Mənbələr