Fransa, Britaniya və Ukrayna Amerika Birləşmiş Ştatları üçün müvəqqəti atəşkəs və uzunmüddətli təhlükəsizlik təminatlarını ehtiva edən sülh planının hazırlanmasını bir neçə gün ərzində başa çatdırmağı planlaşdırır.
Editor.az xəbər verir ki, Avropalı diplomatlar vəziyyətlə bağlı Reuters agentliyinə məlumat veriblər. Baş diplomat bildirib ki, plan Kiyev və Vaşinqton arasında dialoqun bərpası da daxil olmaqla “bütün məqamları” əhatə etməlidir.
Qeyd edək ki, fevralın 28-də ABŞ-ın hərbi yardımı və kəşfiyyatının dayandırılması ilə nəticələnən prezident toqquşmasından sonra iki tərəf arasında münasibətlər ciddi şəkildə pisləşdi. “Biz planın həftələr deyil, günlər ərzində həyata keçiriləcəyini gözləyirik”, – mənbə vurğulayıb. Martın 2-də axşam Londonda Ukraynanın da müzakirə olunduğu beynəlxalq təhlükəsizlik sammiti baş tutub. İclasda Ukrayna prezidenti Volodimir Zelenski, Böyük Britaniyanın baş naziri Key Starmer, Fransa prezidenti Emmanuel Makron, Polşanın baş naziri Donald Tusk, NATO-nun baş katibi Mark Rutte, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və digər yüksək səviyyəli rəsmilər iştirak ediblər.
//Gülnarə Abasova, Editor.az