AZ

İlian İliyev Bolqarıstan millisindən ayrılmağa qərar verdi

Futbol üzrə Boloqarıstan milli komandasının baş məşqçi İlian İliyev istefa ərizəsini ölkənin futbol federasiyasına təqdim edib.

Arena.az bu barədə Bolqarıstan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, İliyev millinin baş məşqçisi postundan ayrılmaq istədiyini diqqətə çatdırıb. Amma onun istefası hələ qəbul olunmayıb. Buna Bolqarıstan Futbol Federasiyasının İcraiyyə Komitəsinin gələn həftə baş tutacaq iclasında qərar veriləcək.

Xatırladaq ki, İlian İliyev 2023-cü ilin noyabr ayından Bolqarıstan millisinə başçılıq edir. O, millini 12 oyuna çıxarıb, 3 qələbə, 8 heç-heçə və 1 məğlubiyyət görüb.

İliyev 2017-ci ildən Bolqarıstanın “Çerno More” komandasına rəhbərlik edir. 56 yaşlı bolqar mütəxəssisin məhz klubdakı işinə tam olaraq köklənmək üçün millidən ayrılmağa qərar verdiyi ehtimal olunur. “Çerno More” bu mütəxəssisin rəhbərliyi altında keçirdiyi 256 oyunda 118 qələbə qazanıb, 65 heç-heçə edib, 73 məğlubiyyətə üzülüb. İliyev daha öncə “Beroe”, “Levski” (Sofiya), “İnterklub”, “Lokomotiv” (Plovdiv) və “Vereya” kimi komandalara da baş məşqçilik edib.

Seçilən
23
arena.az

1Mənbələr