AZ

Minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçiriləcək

Minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçiriləcək. SİA xəbər verir ki, mərasim martın 11-də baş tutacaq.

Bakıda təşkil olunacaq tədbirdən əvvəl 32 komanda dörd səbətə bölünüb. Mundialın əsas favoritlərindən sayılan Azərbaycan millisi 1-ci səbətdə yer alıb.

1-ci səbət: Rumıniya, Qazaxıstan, Serbiya, Macarıstan, Meksika, Çexiya, Slovakiya, Azərbaycan;

2-ci səbət: Bolqarıstan, Monteneqro, ABŞ, Fransa, Ukrayna, Gürcüstan, Mavritanıya, Qana;

3-cü səbət: İngiltərə, Portuqaliya, Bosniya və Herseqovina, Tailand, BƏƏ, Çad, İspaniya, Sloveniya;

4-cü səbət: Polşa, Hindistan, Türkiyə, Kosta Rika, İsrail, Bəhreyn, Özbəkistan, Argentina.

Qeyd edək ki, püşkatma mərasiminin məkanı və başlama saatı hələ dəqiqləşməyib.

Müəllif: Banuçiçək Hüseynli
Seçilən
11
sia.az

1Mənbələr