Vətəninfo.az xəbər verir ki, ABŞ bir neçə saat əvvəl Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı tamamilə dayandırıb.
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru John Ratcliffe martın 5-də Vaşinqtonun Ukraynaya kəşfiyyat məlumatlarının və silahların təhvil verilməsini dayandırdığını elan etdi.
Sky News-un məlumatlı mənbələri daha əvvəl qeyd etmişdilər ki, kəşfiyyat məlumatlarının ötürülməsinə qoyulan məhdudiyyət selektiv xarakter daşıyır: Rusiya ərazisindəki hədəflərə hücum etmək üçün istifadə oluna biləcək məlumatlar verilməyib.
Bundan əvvəl bir sıra Qərb KİV-ləri ABŞ-ın kəşfiyyat məlumatlarını ötürməklə yanaşı, Kiyevə hərbi yardımı da dayandırdığını bildirib.