AZ

Boliviyada yağışlar 39 nəfərin həyatına son qoyub, 161 mindən çox ailə zərər çəkib

Bakı, 6 mart, AZƏRTAC

Boliviyada noyabr ayından bəri yağan güclü yağışlar nəticəsində yaranan şiddətli daşqınlar azı 39 nəfərin ölümünə, 7 nəfərin itkin düşməsinə və 161 mindən çox ailənin zərər çəkməsinə səbəb olub.

AZƏRTAC xəbər verir ki, hava, quru və çayla xilasetmə əməliyyatlarının davam etməsinə baxmayaraq, güclü yağışlar səbəbindən ölənlərin sayının arta biləcəyi ehtimal olunur.

Hazırda əksəriyyəti La Paz Departamentində olan 34 bələdiyyə fövqəladə vəziyyət elan edib.

Boliviyanın meteoroloji xidməti martın 14-dək narıncı səviyyəli daşqın xəbərdarlığı edib.

Seçilən
25
1
azertag.az

2Mənbələr