AZ

Litva kaset bombaları haqqında Konvensiyanı tərk edib

Litva kaset bombaları haqqında Konvensiyadan çıxıb.

Herbiand.az bildirir ki, bu barədə Litva Müdafiə Nazirliyi xəbər verib.

Məlumata görə Vilnüsün müvafiq qərarı artıq qüvvəyə minib.

“Litvanın kasetli sursatlar haqqında Konvensiyadan çıxması hüquqi qüvvə qazanıb”, - Litvanın Müdafiə Nazirliyi aydınlıq gətirib.

Litva ötən ilin iyul ayının ortalarında bu cür sursatların döyüş meydanında istifadəsini qadağan edən kasetli sursatlar haqqında Konvensiyanı denonsasiya edib. Ölkənin sazişdən çıxması Baltikyanı respublikanın parlamentinin əksəriyyəti tərəfindən dəstəklənib.

Ötən il dekabrın 26-da məlum olub ki, Litva özü və Ukrayna üçün kasetli sursat almaq istəyir. Bu məlumatı respublikanın müdafiə naziri Dovile Şakalene təsdiqləyib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
82
herbiand.az

1Mənbələr