AZ

Əsl yaşınız damar yaşınızdır – Onu qoruyan resveratrol hansı qidalardadır?

Əsl yaşınız damar yaşınızdır –

Damar sağlamlığı bioloji yaşdan daha vacibdir. Əgər damarlarınız sağlamdırsa, gənc görünürsünüz; əks halda, orqanizm erkən qocalır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Kardioloq Dr. Demet Erciyesin sözlərinə görə, diabet, qeyri-sağlam qidalanma, piylənmə, yüksək xolesterin, hipertoniya və siqaret damarların erkən qocalmasına səbəb olur. Damarları qorumaq üçün sağlam qidalanmaq, siqaretdən uzaq durmaq və xroniki xəstəlikləri nəzarətdə saxlamaq vacibdir.

Son illərdə resveratrol adlı təbii antioksidanta maraq artıb. Bu birləşmə damarları qoruyur, hüceyrə yaşlanmasını ləngidir və ürək-damar sağlamlığını dəstəkləyir.

Resveratrol nədir və harada tapılır?

Bu güclü antioksidant ən çox qırmızı üzümün qabığında, üzüm tumlarında, zoğalda, tutda, qaragilədə, moruqda, böyürtkəndə, fıstıqda, tünd şokoladda və yaşıl yarpaqlı tərəvəzlərdə olur. Təbii qidalardan qəbul edilməsi daha təhlükəsizdir.

Faydaları:

– Ürək-damar sağlamlığını qoruyur, pis xolesterini azaldır, yaxşı xolesterini artırır.
– Beyin sağlamlığını dəstəkləyir, Alzheimer və Parkinson riskini azalda bilər.
– İmmuniteti gücləndirir, infeksiyalarla mübarizəyə kömək edir.
– Dərinin elastikliyini artırır, qırışların qarşısını alır.
– Əzələ itkisinin qarşısını alır, dözümlülüyü artırır.
– Qan şəkərini tənzimləyir, diabet riskini azaldır.
– Çəki nəzarətinə kömək edir.
– Antioksidant xüsusiyyətləri sayəsində xərçəng hüceyrələrinin yaranmasını ləngidə bilər.

Resveratrol əlavələri də mövcuddur, lakin həkim məsləhəti ilə qəbul edilməlidir. Xüsusilə qan durulaşdırıcı dərman istifadə edənlər, hamilə və süd verən qadınlar ehtiyatlı olmalıdırlar. Damar sağlamlığınızı qorumaq üçün sağlam həyat tərzi və balanslı qidalanma əsas şərtdir.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
9
e-saglam.az

1Mənbələr