AZ

Argentinalı futbolçu "İnter"in tarixinə düşüb

Argentina millisinin futbolçusu Lautaro Martines İtaliyanın "İnter" klubunun tarixinə düşüb.

"Report"un məlumatına görə, 27 yaşlı hücumçu buna Niderlandda "Feyenoord"a qalib gəldikləri Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda fərqlənməklə nail olub.

Forvard Milan təmsilçisinin heyətində qitənin bir nömrəli klub turnirində ən çox fərqlənən oyunçu adına sahib çıxıb. Martines 18 dəfə rəqib qapılarına yol tapıb.

Daha əvvəl Sandro Matsola Avropa Kubokunda (hazırkı Çempionlar Liqası) 17 qolla yadda qalıb.

Qeyd edək ki, "İnter" səfərdə 2:0 hesablı qələbə qazanıb.

Seçilən
11
34
report.az

10Mənbələr