AZ

Milyardları idarə edənlərə cangüdənlər tutuldu – Rusiya kəşfiyyatı Avropada qətllər törədə bilər

Rusiyanın 183 milyard avro dəyərində dondurulmuş aktivlərini saxlayan strateji əhəmiyyətli Avropa şirkəti “Euroclear” top menecerləri üçün cangüdənlər tutub.

“AzPolitika” bildirir ki, bu barədə “EUobserver” nəşri, Belçikanın “De Morgen” və “Humo nəşrləri” və Fransanın “Le Monde” qəzetinin birgə araşdırmasında qeyd olunub.

Anonimlik şərti ilə danışan üç mənbənin sözlərinə görə, “Euroclear”-ın baş icraçı direktoru Valerie Urbain və digər yeddi icraçı şura üzvünü qorumaq üçün fransız özəl təhlükəsizlik şirkəti “Amarante” ilə müqavilə bağlayıb.

Qərar 2024-cü ilin ikinci yarısında mətbuatda Moskvanın Ukraynanı silahla təchiz edən Almaniyanın müdafiə konserni “Rheinmetall”-ın rəhbəri Armin Pappergeri öldürmək planları ilə bağlı yayılan xəbərlər fonunda qəbul edilib.

İki müstəqil mənbə həmçinin 2024-cü il dekabrın ortalarında Ukrayna Prezidenti Volodimir Zelenski Brüsselə səfər edərkən “Euroclear”-ın qərargahı yaxınlığında pilotsuz təyyarə ilə insident baş verdiyini bildirib.

"Birdən Brüsselin tam mərkəzində pilotsuz təyyarə peyda oldu və heç kim onun haradan gəldiyini bilmədi", - mənbə bildirib. “Euroclear”-ın binası Belçika daxili kəşfiyyat agentliyi VSSE-nin qərargahı ilə eyni küçədə yerləşir.

“Euroclear” 2022-ci ildə Aİ-nin Ukraynaya genişmiqyaslı müdaxiləsinə görə Rusiyaya qarşı sanksiyaları çərçivəsində Rusiya Mərkəzi Bankının aktivlərini dondurub. Cümə axşamı, martın 6-da Aİ-nin 27 ölkəsinin liderləri bu 183 milyard avronun Ukraynanın xeyrinə müsadirə olunmasını müzakirə etmək üçün Brüsseldə bir araya gələcək. Görüşdə Volodimir Zelenski də iştirak edəcək. Aİ-nin fövqəladə sammiti ABŞ-nin Kiyevə hərbi yardımı dayandırmaq qərarı, o cümlədən bəzi kəşfiyyat məlumatlarının ötürülməsi fonunda keçirilir.

Bu arada NATO-nun yüksək rütbəli rəsmisi “Rheinmetall” rəhbəri Armin Pappergerin ciddi təhlükəsizlik risqi altında qaldığını təsdiqləyib.

Rasim Əliyev

“AzPolitika.info”

Seçilən
24
50
azpolitika.info

10Mənbələr