AZ

Türkiyə NATO-nun dağılacağı təqdirdə Aİ-ni öz güc mərkəzi yaratmağa çağırır

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun “dağılacağı” təqdirdə Avropa birləşməli və öz güc mərkəzini yaratmalıdır.

O, bu barədə Financial Times qəzetinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Amerika prezidenti Donald Trampın Avropanın təhlükəsizliyinin təmin edilməsində ABŞ-ın rolunu azaltmaq istəyinə Avropa bu şəkildə cavab verməlidir.

“Bu, bizim hamımız üçün oyanış çağırışıdır və bu o deməkdir ki, biz birləşməli və öz güc mərkəzimizi yaratmalıyıq” dedi.

Fidan Türkiyənin yeni Avropa təhlükəsizlik mərkəzinin bir hissəsi olmağa hazır olduğunu açıqlayıb.

DOĞRU.AZ

Seçilən
32
dogru.az

1Mənbələr