ABŞ-ın dövlət katibi Marko Rubio Ukrayna münaqişəsini ABŞ və Rusiya arasında proxy müharibəsi kimi qiymətləndirib. Vətəninfo.az xəbər verir ki, o, bu qarşıdurmanın iki nüvə dövləti arasında toqquşma olduğunu vurğuladı.
“Prezident Tramp bunu uzun sürən, dalana dirənmiş münaqişə kimi görür və açığını desək, bu, nüvə gücləri, Ukraynaya yardım edən ABŞ və Rusiya arasında münasibətlərin müharibəsidir”, Rubio Fox News-a müsahibəsində deyib.
O, həmçinin bildirib ki, Ukrayna münaqişəsinə son qoyulmalıdır.
Bundan əvvəl ABŞ Kiyevə silah tədarükünü dayandırmışdı. Beləliklə, Vaşinqton Kiyevi sülh danışıqlarına girməyə məcbur etməyə çalışıb.
ABŞ Dövlət Departamentinin verdiyi məlumata görə, Vaşinqton münaqişə zamanı Kiyevə 65,9 milyard dollar hərbi yardım göndərib.
Ukraynada mövcud vəziyyətin bitməsini hamı istəmir. Rubionun qeyd etdiyi kimi, bəzi Avropa ölkələrinin xarici işlər nazirləri ABŞ administrasiyasına Ukraynadakı münaqişənin müddətini daha bir il uzatmağı təklif ediblər.