AZ

Kanada ABŞ-ın tarif qərarı ilə bağlı ÜTT-yə şikayət edib

BAKI, TurkicWorld

Kanada ABŞ-ın ölkədən idxal edilən mallara 25% tarif tətbiq etməsi ilə bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) rəsmi şikayət ünvanlayıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, ÜTT Kanada hökumətinin ABŞ-ın yeni tarif tədbirləri ilə bağlı mübahisəli məsləhətləşmə tələb etdiyini açıqlayıb.

Kanada bildirir ki, bu tariflər 1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin və ÜTT-nin Ticarətin Asanlaşdırılması Sazişinin müddəalarına uyğun deyil.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp fevralın 1-də Kanada və Meksikadan idxal edilən mallara 25%, Çindən idxala isə 10% gömrük rüsumu tətbiq edilməsi haqqında sərəncam imzalayıb.

Fevralın 3-də Tramp Kanada və Meksikanın sərhəd təhlükəsizliyini gücləndirmək tədbirlərinə cavab olaraq tarifləri bir ay müddətinə dayandırsa da, müddət bitdikdən sonra rüsumlar qüvvəyə minib.

Kanadanın Baş naziri Castin Trüdo ABŞ-ın bu addımını ticarət müharibəsi kimi qiymətləndirib və Kanadanın 155 milyard dollar dəyərində ABŞ mallarına eyni nisbətdə 25% tarif tətbiq edəcəyini açıqlayıb.

Seçilən
20
turkic.world

1Mənbələr