AZ

“Ermənistanın KTMT ilə münasibətlərinin formatı dəyişməz olaraq qalır” - Baş katib

Ermənistanın KTMT ilə münasibətlərinin formatı dəyişməz olaraq qalır və İrəvandan əməkdaşlığı bərpa etmək istəyi ilə bağlı heç bir siqnal alınmayıb. 

Missiya.Az xəbər verir ki, bu barədə KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov “İzvestiya” qəzetinə müsahibəsində məlumat verib.

“Biz İrəvanla işgüzar əlaqələri davam etdiririk. Bir daha qeyd edim ki, Ermənistan müttəfiq olaraq qalır və təşkilatın ölkə qarşısında öhdəlikləri saxlanılır”, - deyə siyasətçi vurğulayıb. 

Tasmaqambetov qeyd edib ki, KTMT ilə əməkdaşlığı bərpa etməyə hazır olma siqnallarına gəlincə, münasibətlərin formatı dəyişməyib və olduğu kimi qalır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
22
missiya.az

1Mənbələr