AZ

Abşeron RİH-nin satdığı obyek yerində qazılan katlavan hündürmərtəbıli yaşayış binasını qəzalı vəziyyətə saldı/VİDEO

Abşeron icra hakimiyyəti, Xırdalan şəhərində hündürmərtəbəli binanın qarşısını obyekt yeri olaraq satıb. 

Bu barədə Paytaxt.org- a binanın sakinlərindən biri məlumat verib.

Daxil olan məlumatla bağlı əməkdaşımız hadisə yerinə göndərilib. Əməkdaşımız yaranmış problemlə bağlı mənzərənin daha da qorxunc olduğunu bildirib.

Beləki, hadisəyə canlı şahid olan əməkdaşımız bildirib ki, hündür mərtəbəli binanın qarşısı geniş şəkildə obyekt  katlavanı qazılıb. Çoxillik ağaclar kəsilib, yaşıllıq məhv edilib. Qazılan katlavan zamanı əhaliyə verilən su boruların kəsərək bağlayıblar. Hal hazırda yerli sakinlər bu hala etiraz etsələr də onları eşidən yoxdu. Hündürmərtəbəli binanın zirzəmisinə qədər qazılan katlavan binanı təhlükəli vəziyyətə qoyub. Acınacaqlı hal odur ki, hadisə yerinə gələn FHN VƏ EKOLOGİYA NAZİRLİYİ görünən mənzərəni susmaqla yola veriblər.

Yaşanan vəziyyətlə bağlı bina sakinləri prezidentən kömək istədiklərini hadisə yerində olan əməkdaşımıza bildiriblər.

Ətraflı videoda:

Seçilən
24
3
paytaxt.org

4Mənbələr