AZ

İqdır-Naxçıvan qaz xəttinin istifadəyə verilməsi strateji addım idi



"Dünən baş tutan İqdır-Naxçıvan qaz xəttinin istifadəyə verilməsi strateji addım idi. Azərbaycan və Türkiyə dövlət başçılarının görüşü fonunda bu kəmərin açılmasının strateji əlaqələrin xüsusi səviyyədə olduğunun isbatı oldu".

Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə göstərdilər ki, qarşılıqlı olaraq hər iki ölkənin ərazilərinin enerji təhlükəsizliyini prioritet məsələ hesab edirlər:

"Naxçıvanın da enerji təminatının diversifikasiyası da bunun tərkib hissəsidir. Bakı ilə Ankara göstərdilər ki, onların diqqətindən kənarda qalan elə bir məsələ yoxdur ki, nəzarətsiz qalsın. Eyni zamanda strateji planlamadan diqqətsiz qalsın. Tərəflər uzun vadədə ölkələrin təhlükəsizliyini nəzarətdə saxladıqlarını yaxın ətrafa və dünyaya göstərdilər".

Süleyman
Seçilən
23
newscenter.az

1Mənbələr