AZ

Bakı şəhər İcra Hakimiyyəti məhkəməyə verildi

Bakı şəhər İcra Hakimiyyəti torpaq mübahisəsinə görə növbəti dəfə məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, icra hakimiyyəti ilə bağlı iddianı Hacıyev Adil Hacı oğlu qaldırıb. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri ilə əlaqədar mübahisələrdir. İddiaçı icra hakimiyəti ilə torpaq münasibətləri üzrə mübahisə yaşayır.
Bakı İH-lə bağlı işə 11 mart tarixində Bakı Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Şərafət Məmmədovanın icraatındadır.
Tərəfləri dinləməyə hazırıq.

Qeyd edək ki, Bakə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur.

Gülşən

Seçilən
16
1
tribunainfo.az

2Mənbələr